İsmayilli gezmeli yerleri

27 May 2023 , 16:21 5329

İsmayıllıda gəzməli, görməli maraqlı və fərqli yerlər çoxdur. Hər il bura minlərlə turist və yerli qonaqlar axın edir. Biz sizə bu gün İsmayılının gəzməli yerlərini qeyd edəcəyik

Talıstan kəndində yerələşən Qaranohur gölü. Bu gölün möhtəşəm mənzərəsi var. Gəlib öz gözlərinizlə bu gözəlliyin şahidi ola bilərsiniz.

Məşhur və qədimi Lahıc kəndi. Bu kəndin sakinləri əsasən tuncdan olan xüsusi antik və maraqlı əl işlərinin satışı ilə məşğuldurlar. Həmçinin Lahıc kəndi arxitektur görünüşə görə çox fərqli və əntiqdir. Burada kənd içi yollar xüsusi daşlarla döşənib, sanki qədim İçərişəhəri xatırladır.

Basqal kəndi. Bu kənd möhtəşəm yaylaqlar, çaylar, dağlar, dağ yamacları əhatəsində olan qədim kəndlərdəndir. Bu kənddə Azərbaycan qədim adət-ənənələri hələ də qorunub saxlanılır. Basqal kəndi qədim Alban dövlətinə məxsus olduğu üçün burada qədim Alban qalaları mövcuddur. Bu kənd İpək toxuculuğu sənətinin mərkəzi olmuşdur.

Lahıca gedən istiqamətdə turist və yerli qonaqların ən çox ziyarət etdiyi yer Asma Körpüdür. Adrenalin sevən insanlar bu körpü üzərindən keçərək 76 metr hündürlükdən Girdiman çayının görüntüsünü, dağ görüntüsünü izləyə bilirlər. Körpünün digər başında xüsusi olaraq müalicəvi dağ çiçəkləri, xüsusi otaları yerli kənd sakinlərindən əldə edə bilirlər.

İvanovka kəndi. Bu kəndin əsas sainləri qədim molokanlardır. Çox mehriban və qonaqpərvər insanlar olduğu üçün sizi xoş sima ilə qarşılayaraq qonaqlaya bilərlər. Kənd əsasən üzümçülük, şərabçılıq ilə məşğul olur.

İsmayıllıya gələrkən bu yerləri ziyarət etməyi unutmayın. Xoş istirahətlər.

İsmayıllıda digər evlərə bax - https://gunlukevler.az/ismayillida-gunluk-kiraye-evler/

Ən çox oxunan bloqlar

3458 09 Aprel 2023

1718 28 İyun 2023

730 29 Sentyabr 2023

328 10 Dekabr 2023